Şahidlərin sözlərinə görə, qəza “VAZ 2107” markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.
“VAZ 2107” markalı avtomobillə toqquşan nəqliyyat vasitəsi daha sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib.
Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.

AzVision.az