Qəza törədib qaçan qadın sürücü tutuldu

Qəza törədib qaçan qadın sürücü tutuldu
  07 Mart 2018    Oxunub:1589
Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb. Araşdırma aparılır.

AzVision.az




Teqlər: DİN   Qəza  





Xəbər lenti