Oğurluq edən əkiz qardaşlar tutuldu

Oğurluq edən əkiz qardaşlar tutuldu
  08 Mart 2018    Oxunub:1520
Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi evlərdən, mağaza və iaşə obyektlərdən məişət əşyaları, yeyinti və tütün məmulatları oğurlamaqla onların sahiblərinə maddi ziyan vuran şəxslərin ifşa olunaraq saxlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb.

Onlar rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun əkiz qardaşı Kamran Hacıbalayev olduğu müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabr ayının 31-dən cari ilin ferval ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən televizor, su nasosları, müxtəlif məişət əşyaları və texniki vasitələr, su qızdırıcısı, müxtəliv növ tütün məmulatları və ərzaq məhsulları oğurlamaqla sahiblərinə xeyli miqdarda maddi ziyan vurduqları məlum olub. Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Quba   Oğurluq  





Xəbər lenti