Keçmiş məhkumlar qadına hücum etdilər

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə iş başlanılıb. Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıb.
AzVision.az