Otel xidmətçiləri otaqda transseksualın cəsədini aşkar ediblər. Hadisə barədə dərhal polisə məlumat verilib, cinayətkarın axtarışına başlanılıb. Çox keçmədən qətli törədən iranlı turist həbs edilib.
Araşdırma zamanı məlum olub ki, 27 yaşlı iranlı “qadını” öldürdükdən sonra taksiyə əyləşərək ərazidən uzaqlaşıb. Qatil taksi sürücüsünü qarət edib, maşını əlindən alaraq izi itirməyə çalışıb. Sakinlərin müraciəti əsasında onu həbs etmək mümkün olub.
İranlı gənc polisə ifadəsində qətl törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxslə İstiqlal küçəsində tanış olub. 200 lirəyə anlaşdıqdan sonra otelə gediblər.

“Mən onun qadın olduğunu zənn edirdim. Transseksual olduğunu biləndə getməsini istədim. Pul almadan getməyəcəyini dedi. Bu səbəbdən aramızda dava düşdü, onu öldürdüm”-, deyə saxlanılan şəxs ilkin ifadəsində bildirib.
Ekspertizanın rəyinə əsasən, transseksual başından aldığı ağır zərbə və boğazının kəsilməsi nəticəsində ölüb.
Qeyd edək ki, öldürülən transseksual Ramil Əliyev "Kristina" ləqəbi ilə tanınıb. O, bir müddət əvvəl Bakıdan Türkiyəyə köçüb.
AzVision.az