Bakıda 6 otaqlı ev yanıb

Bakıda 6 otaqlı ev yanıb
  10 Mart 2018    Oxunub:1352
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, bir otağının tavanı 12 m2 sahədə və ev əşyaları yanıb, yüksək temperaturdan dəhlizin, hamamın və mətbəxin lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti