Bakı və Gəncədə avtomobil yanıb

Bakı və Gəncədə avtomobil yanıb
  10 Mart 2018    Oxunub:1713
Gəncə şəhəri, Nizami rayonunda "FİAT" minik avtomobilinin idaretmə lövhəsi yanıb, yüksək temperaturdan ön şüşə çatlayıb və günlük əriyib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda isə "Kia" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bakı   Gəncə   Yanğın  





Xəbər lenti