Martın 5-də quldurluq etmiş şəxs polis tərəfindən tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Əlvan Kərimovun 80 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Muradov saxlanılıb. Araşdırma aparılır.