Saatlıda 3 otaqlı ev yanıb

Saatlıda 3 otaqlı ev yanıb
  10 Mart 2018    Oxunub:1494
Saatlıda yanğın qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Dədə Qorqud kəndində ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Ev əşyalarının bir hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Saatlı  





Xəbər lenti