Oğurluq edən gənc iş başında ölüb

Oğurluq edən gənc iş başında ölüb
  10 Mart 2018    Oxunub:1494
Martın 3-də Şabranın Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan gəncin elektrik vurması nəticəsində öldüyü məlum olub.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzVision.az-a verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşib., Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Meyit  





Xəbər lenti