Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
  11 Mart 2018    Oxunub:1529
Bakıda yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan 4 otağın lambirdən ibarət tavanı 86 m2 sahədə əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti