Yevlaxda şagirdlər qəzaya düşüb - 20 yaralı (Yenilənib)
Xəsarət alanlardan 18-i şagird, 2-si müəllimdir. On beş yaralıya Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
***
Milli Məclisin Mingəçevirdən seçilən deputatı Aydın Mirzəzadə məlum hadisə ilə bağlı "Facebook" hesabında məlumat paylaşıb:
"Mingəçevir şəhər xəstəxanasının rəhbəri Könül xanımla əlaqə saxladım. O bildirdi ki, hadisəni eşidən kmi qəza yerinə Mingəçevir xəstəxanasının təcili yardım maşınları göndərilib. Yüngül yaralılar Yevlax xəstəxanasına yerləşdirilib, 5 nəfər - nisbətən ağır yaralılar isə Mingəçevir xəstəxanasına gətirilib. Bir yaralı dərhal əməliyyata götürülüb, digərlərinin isə əməliyyat edilib-edilməməyi yaralıların vəziyyətindən asılı olacaq. Bütün Mingəçevir səhiyyəsi səhərdən ayaq üstədir və yaralıların müalicəsi üçün xəstəxanada bütün imkanlar var. Vəziyyətlə əlaqədar gün ərzində Mingəçevir xəstəxanası ilə daim əlaqədə olacağam".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


