Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Baş həkim danışdı

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Baş həkim danışdı
  12 Mart 2018    Oxunub:6524
Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərdən biri əməliyyat olunub.

Bu barədə AzVision.az-a Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov məlumat verib. Baş həkim bildirib ki, həmin xəstənin vəziyyəti stabil ağırdır.
“Digər şagirdlərin vəziyyəti isə yaxşıdır. Müalicələrini davam etdirirlər”, - deyə baş həkim vurğulayıb.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Yevlax   Qəza   Şagird  





Xəbər lenti