Martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb. Araşdırma aparılır.