Oğurluq edən II-ci qrup əlil tutulub

Oğurluq edən II-ci qrup əlil tutulub
  12 Mart 2018    Oxunub:1829
Siyəzəndə oğurluq edən Xaçmaz sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, martın 8-də Siyəzən şəhər sakini Rəşad Muradov RPŞ-yə ərizə ilə müraciət edərək ötən il dekabrın 29-da iş otağından içərisində 40 manat nəğd pul və balansında 360 manat pul olan plastik kartının olduğu pul kisəsinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini əvvəllər məhkum olunmuş II-ci qrup əlil Hicran Qurbanov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Otaqda heç kimin olmadığından istifadə edərək saxlanc yerindən pul kisəsini götürüb ordan uzaqlaşdığını bildirib.

Ətrafında aparılan araşdırmalarla onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki keçən ilin sentyabr ayının 1-də H.Qurbanov eyni üsulla Siyəzən Rayon Bələdiyyəsinin şöbə müdüri Azru Kərimovanın otağından sonuncuya məxsuz içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini və bu ilin ferval ayının 28-də Rayonun Mərkəzi Poliklinikasından Bənzər Niftəliyevaya məxsus içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. Bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir idarədən 3000 manat götürdüyü müəyyənləşdirilib.

H.Qurbanov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Siyəzən  





Xəbər lenti