Maşının qızdırıcısından 14 telefon çıxdı

Maşının qızdırıcısından 14 telefon çıxdı
  13 Mart 2018    Oxunub:1426
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
AzVision.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd "qulaqcıq" aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Telefon  





Xəbər lenti