K.Cabbarova qeyd edib ki, poliklinikaya rayon ərazisində çalışanlar da müraciət edir: “Poliklinikada 46500 nəfər qeydiyyatdadır. Ancaq, təkcə qeydiyyatımızda olanlar yox, ümumən rayon ərazisində çalışanlar da müayinə üçün bizə müraciət edir. Müraciətlər zamanı xəstələrdə mədə-bağırsaq, tənəffüs sistemi, bronxit, plevmaniya, sətəlcəm kimi xəstəliklər aşkar olunub”.
Baş həkim deyib ki, hər kəs ildə heç olmasa iki dəfə flüoqraf, bir dəfə isə roentgen müayinəsindən keçməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə fevralın 12-dən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb. Proses mayın 12-də yekunlaşacaq.

Elvin Abdulqədirov
AzVision.az