85 yaşlı qadın metroda qatar yoluna yıxıldı - Yenilənib

85 yaşlı qadın metroda qatar yoluna yıxıldı - Yenilənib
  16 Mart 2018    Oxunub:2193
Bakı metrosunun “İçərişəhər” stansiyasında qatar yoluna yıxılan şəxsin kimliyi bəlli olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, həmin sərnişin 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:

"Sərnişin metronun "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxarıblar".

N.Paşayev qeyd edib ki, xanım sərnişinin görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibbi yardım çağrılıb. Hadisəya görə xətdə 3 dəqiqə gecikmə yaranıb.

***
13:05

Bakı metrosunun “İçərişəhər” stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.

Bu barədə AzVision.az-a“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 12:55 radələrində qeydə alınıb: “Hadisə qatar olmayan vaxt baş verib. Sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq”.

Kənan Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti