Lənkəranda yol qəzası, sürücü ölüb

Lənkəranda yol qəzası, sürücü ölüb
  16 Mart 2018    Oxunub:1185
Lənkəranın Şağlaküçə kəndində rayon sakinləri Abutalıb Şahbazovun və Fərid Əmirovun idarə etdikləri iki “VAZ-2107” markalı avtomobil toqquşub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, qəza nəticəsində A.Şahbazov və 3 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ağır yaralanan A.Şahbazov dünyasını dəyişib. Faktla bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza   Lənkəran  





Xəbər lenti