"Alimlər şəhərciyi"ndə mənzillərin satışına başlanılıb

Bildirilib ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda ən son texnoloji yeniliklər tətbiq ediləcək.
Qeyd olunub ki, yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması nəzərdə tutulur.
AzVision.az
Teqlər: AMEA