Türk deputatın Bakıda infarkt keçirdiyi an - VİDEO

Türk deputatın Bakıda infarkt keçirdiyi an - VİDEO
  17 Mart 2018    Oxunub:20832
Xəbər verdiyimiz kimi, türkiyəli deputat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu Bakıda infarkt keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən deputat Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov bildirib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir".

Türkiyə KİV-ləri İhsanoğlunun forumda halının pisləşdiyi anın görüntülərini yayıb:



AzVision.az


Teqlər: İhsanoğlu   Deputat   İnfarkt  





Xəbər lenti