Abşeronda yanğın olub

Abşeronda yanğın olub
  17 Mart 2018    Oxunub:1310
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 70 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti