Metroda cibgirlik edən keçmiş məhkum tutulub

Metroda cibgirlik edən keçmiş məhkum tutulub
  17 Mart 2018    Oxunub:1568
Lerik rayon sakini F.Məmmədzadə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Metro   Oğurluq  





Xəbər lenti