Bank hesabından pul oğurlandı

Bank hesabından pul oğurlandı
  17 Mart 2018    Oxunub:1302
Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib. ​Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti