Xaçmazda evdən kişi meyiti tapılıb

Xaçmazda evdən kişi meyiti tapılıb
  18 Mart 2018    Oxunub:1433
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Heydərov Xeyrulla İbad oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Xaçmaz   Meyit  





Xəbər lenti