Vaqif Əsədov: "Hazırda paytaxtda tıxac yoxdur"

Vaqif Əsədov: "Hazırda paytaxtda tıxac yoxdur"
  19 Mart 2018    Oxunub:3011
Bakıda bütün istiqamətlər üzrə avtomobillərin sərbəst hərəkəti bərpa olunub.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

DYP rəsmisinin sözlərinə görə, hazırda paytaxtda tıxac müşahidə edilmir. "Azneft" dairəsi, Neftçilər prospekti istiqamətində bütün yollarda sərbəst hərəkət təmin edilib.

“Bayram tədbiri ilə əlaqədar əvvəlcədən bəzi yolların bağlı olacağı barədə xəbərdarlıq etmişdik. Hazırda bütün yollar üzrə hərəkət bərpa olunub”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilirdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: DYP   Vaqif-Əsədov  





Xəbər lenti