Bakıda oğurluq edən 7 nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
AzVision.az