Hərbi attaşelər DSX-nin bazasında olub

Ziyarətçilər bazanın fəaliyyəti və mövcud imkanları, o cümlədən qərargah binası, Birgə Komanda İdarəetmə Mərkəzi, Tədris mərkəzinin xarici dil, dalğıc, baxış qruplarının hazırlanması sinifləri, gəmi inşası və təmiri mərkəzində inşa edilmiş sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış oublar.
“Sərhədçi” İdman-Olimpiya Mərkəzinə səfər zamanı mərkəzin binalar kompleksi, o cümlədən universal zalı, meydançaları, üzgüçülük hovuzu, mehmanxanası və digər maddi-texniki imkanları qonaqlara nümayiş etdirilib.
Ölkəmizin ən böyük və əzəmətli idman qurğularından olan, müasir tələblərə cavab verən mərkəzin 32 idman növü ilə məşğul olmağa, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verməsi, son illərdə sərhədçi idmançıların və paralimpiyaçıların çoxsaylı beynəlxalq və yerli yarışların qalibi və mükafatçısı olması barədə məlumat verilib.
AzVision.az
Teqlər: DSX Sahil Hərbi-attaşe