Göygöl və Şəkidə ağır yol qəzası - 4 ölü

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Martın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
AzVision.az