
17 mart tarixinə təsadüf edən açılışda Optimal Şirkətinin əməkdaşları, partnyor şirkətlər, sənət və media aləminin dəyərli nümayəndələri iştirak edib. Qırmızı lent kəsildikdən sonra qonaqlarla birlikdə mağazaya daxil olan şirkət rəhbəri Əhəd Əsgərov “Məqsədimiz azərbaycanlıların qürur duyacağı bir şirkət olmaqdır” deyərək şirkətin 20 illik təcrübəsindən və gələcək perspektivlərindən bəhs edib. Açılış zamanı maraqlı proqramla davam edən tədbirdə Anar Şuşalının “Optimal” mahnısını ifa etməsi ilə yanaşı, milli rəqs göstərisi açılış mərasiminə ayrıca rəng qatdı.

Xatırladaq kı, 60-ci mağazasını açan “Optimal Elektronika” Şirkəti 1997-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Optimal Azərbaycanın ən böyük məişət texnikası,elektronika və mebel satanmağazalar şəbəkəsindən biridir. Bakıda 29, bölgələrdə isə 31 mağazası ilə müştərilərə xidmət göstərən Optimal Bosch, Samsung, Vestel, Sony, Carrier, Simfer, Karcher, Singerkimi dünya brendləri ilə əməkdaşlıq etməklə yanaşı, öz müştərilərinə yüksək servis xidmətini də həyata keçirir. Optimal Şirkəti bütün məhsullarına 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.

AzVision.az