Masallıda ikimərtəbəli ev külə döndü

Masallıda ikimərtəbəli ev külə döndü
  21 Mart 2018    Oxunub:1386
Masallıda yanğın hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2 otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Masallı  





Xəbər lenti