Güclü külək rayonlarda ciddi fəsadlara səbəb olub

  21 Mart 2018    Oxunub : 917
Güclü külək rayonlarda ciddi fəsadlara səbəb olub
Bu gün əsən güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.
AzVision.az APA-ya istinadla xəbər verir ki, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Həmçinin güclü külək AğdamBərdə rayonlarında ciddi fəsadlara səbəb olub. Belə ki, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub.

AzVision.az

Teqlər: Külək