İstirahət mərkəzində yanğın olub

İstirahət mərkəzində yanğın olub
  22 Mart 2018    Oxunub:1345
Qubada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti