Göygöldə qoyun oğurlayan dəstə tutulub

Göygöldə qoyun oğurlayan dəstə tutulub
  22 Mart 2018    Oxunub:1684
55 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayonunun Çaykənd kənd sakini Hüseyn Oruclu, Daşkəsən rayon sakini Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon sakini Elxan Əliyevə məxsus fermadan 55 baş qoyun oğurlamaqda şübhəli bilinən Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti