Qayınatasını öldürən kürəkən tutuldu

  22 Mart 2018    Oxunub : 397
Qayınatasını öldürən kürəkən tutuldu
Qayınatası Şirzad Əmənovu qətlə yetirmiş Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.

AzVision.az

Teqlər: Həbs