Gəncədə iki otaqlı ev yanıb

  23 Mart 2018    Oxunub : 529
Gəncədə iki otaqlı ev yanıb
Gəncə şəhərində tikintisi başa çatmayan ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 2 otaqlı evin (tikintisi başa çatmayıb) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Gəncə   Yanğın   FHN