Masallıda yanğın olub

  23 Mart 2018    Oxunub : 385
Masallıda yanğın olub
Masallıda ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Yeyənkənd kəndində ümumi sahəsi 280 m2 olan birmərtəbəli binada baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: Yanğın   Masallı   FHN