20 günün qəza statistikası: 41 ölü, 113 yaralı

20 günün qəza statistikası: 41 ölü, 113 yaralı
  23 Mart 2018    Oxunub:1439
Mart ayının 20 günündə respublikanın avtomobil yollarında 81 yol-nəqliyyat hadisəsi baş verib. AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, mart ayının 1-dən 20-dək yol qəzalarında 41 nəfər ölüb, 113 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, bu ilin 2 ayı (yanvar-fevral) ərzində 198 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 102 nəfər ölüb, 241 nəfər isə xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: DİN   Qəza   Ölüm  





Xəbər lenti