Balakəndə “Chevrolet” yanıb

Balakəndə “Chevrolet” yanıb
  23 Mart 2018    Oxunub:1023
Balakən rayonunda yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Qasbinə kəndində fermanın ərazisində talvarın altına yığılmış 11 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Balakən   FHN  





Xəbər lenti