Ötən gün 64 cinayət törədilib, 11 nəfər saxlanılıb

Ötən gün 64 cinayət törədilib, 11 nəfər saxlanılıb
  24 Mart 2018    Oxunub:1530
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınıb, onların 9-u “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 14 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Axtarış   Cinayət  





Xəbər lenti