Polis telefon oğrularını ifşa edib

Polis telefon oğrularını ifşa edib
  24 Mart 2018    Oxunub:1578
Bakıda oğurluq etmiş daha 2 nəfər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən martın 12-də Bakı şəhər sakini Rafiq Bağırovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sərxan Abbasov saxlanılıb.

Bundan başqa martın 22-də saat 15 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Qasım Qasımovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Abdullayev Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə təhvil verilib. Hər iki şəxsin ətrafında araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti