Bakıda ev yanıb

Bakıda ev yanıb
  24 Mart 2018    Oxunub:934
Bakının Binəqədi rayonunda ümumi sahəsi 24 kv.m olan birotaqlı ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyaları, həmçinin ümumi sahəsi 27 kv.m olan birmərtəbəli 3 otaqlı bitişik tikilmiş evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az






Teqlər: FHN   Yanğın  





Xəbər lenti