Azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb

Azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb
  25 Mart 2018    Oxunub:4110
Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.

Əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-si səhər tezdən qonşuları onun evində aşkarlayıb.
Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı probleminin olmadığını bildirib.

Qeyd edək ki, Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub. (Report)

AzVision.az


Teqlər: Rusiya   İş-adamı  





Xəbər lenti