Mingəçevir sakini 22 yaşlı dostunu qətlə yetirdi
Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.
Orxan Mamedov sonradan vəziyyəti ağırlaşdığı üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. İki dost arasında baş verən dava zamanı onları sakitləşdirməyə çalışan restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalovun da xəsarət aldığı bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: Mingəçevir Qətl