Lerik və Şabranda meşə yanğınları söndürülüb
Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


