Astara və Lənkəranda meşə yanğınları söndürülüb

Astara və Lənkəranda meşə yanğınları söndürülüb
  25 Mart 2018    Oxunub:2035
Astara, Lənkəran və Lerik rayonları ərazisində yüksək dağ massivində aparılan yanğınsöndürmə işləri başa çatıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğınlar nəticəsində “Hirkan” Milli Parkının ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb. Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

AzVision.az


Teqlər: FHN   Yanğın   Meşə  





Xəbər lenti