Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
  26 Mart 2018    Oxunub:1614
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 25-də rayonun Yeni Qızılca kəndi ərazisində Bakı şəhər sakini Ruslan Paşayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Teymur Əhmədovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti