Ayaqqabı sexindən 3100 manatlıq oğurluq

Ayaqqabı sexindən 3100 manatlıq oğurluq
  26 Mart 2018    Oxunub:1304
Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.

AzVision.az


Teqlər: Mingəçevir  



Xəbər lenti