İrandan heroin gətirən şəxs tutuldu - Fotolar

İrandan heroin gətirən şəxs tutuldu - Fotolar
  27 Mart 2018    Oxunub:1497
İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub. Həyata keçirlən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb və onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkar olunaraq götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq Ç.Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıb. Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin aşkar olunaraq götürülüb.



Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü olan Ç.Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhəddini keçərək İran İslam Respublikasına gedib. Ç.Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq məqsədi ilə Azərbaycana aparmaq barədə razılığa gəlib.



Bu məqsədlə heroin Ç.Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib. Narkotik maddənin satışı isə E.Tağıyev və A.Dadaşov tərəfindən təşkil olunmalı imiş. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.





AzVision.az


Teqlər: DİN   Narkotik   Heroin   İran  





Xəbər lenti