Dövlət idarəsindən oğurluq edilib

Dövlət idarəsindən oğurluq edilib
  27 Mart 2018    Oxunub:1783
Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı poçt şöbəsi və mağazadan oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib. Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıb.

Saxlanıldıqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub.

AzVision.az


Teqlər: DİN   Oğurluq  



Xəbər lenti